700 bal yığan abiturient: "Vaxtım çox idi, gecələr Çempionlar liqasına da baxırdım"
Ölkə
25 İyul 2017 13:14

700 bal yığan abiturient: "Vaxtım çox idi, gecələr Çempionlar liqasına da baxırdım"


Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Qabil Əliyev möhtəşəm uğurundan danışıb. 

Milli.Az xəbər verir ki, baku.ws-yə danışan Q.Əliyev, bildirib ki, özəl kurslara və ya əlavə bunker müəllim yanına getməyib. 

"Məktəbdə də çox yaxşı oxumuşam. Dərslərimi həmişə vaxtı vaxtında oxumuşam. Dərsimi oxuyub dostlarımla görüşmüşəm. Özəl kurslara və ya əlavə müəllim yanına getməmişəm, sadəcə öz məktəb müəllimlərimlə hazırlaşmışam. Vaxtım daha çox olurdu. Birinci imtahandan da 700 bal gözləyirdim. Lakin 680 bal toplamışdım. Sənədlərimi "Bakı Ali Neft Məktəbi"nin proseslərin avtomatlaşdırılması fakültəsinə verəcəm. Həmçinin Türkiyədəki burslara da sənədimi göndərmişəm". 

700 bal toplayan Qabil futbol üzrə Çempionlar Liqasının oyunlarına gecə başlamasına baxmayaraq baxdığını deyib: 

"Valideynlərim heç vaxt təzyiq etməyib. Onlar bilirdilər ki, mən universitetə qəbul olacam. Ola bilsin 700 yığacağım sürpriz oldu. Çempionlar Liqasının oyunlarına da baxırdım". 

Maksimum nəticə göstərən azərbaycanlı abiturient gələcəkdə Türkiyə və ya Almaniyada çalışacağını deyir. 

Qeyd edək ki, Qabil Əliyev Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08