Almaniya bankı Britaniyadan 350 mlrd. dollarını çıxarır
İqtisadiyyat
25 İyul 2017 13:36

Almaniya bankı Britaniyadan 350 mlrd. dollarını çıxarır


Bakı. 25 iyul. REPORT.AZ/ Almaniyanın ən iri maliyyə korporasiyası olan "Deutsche Bank" "Brexit" səbəbindən Britaniyadakı hesablarıından təxminən 350 mlrd. ABŞ dollarını Frankfurtdakı hesablarına köçürə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Bankdakı mənbələrə istinadən bildirib.
Agentlik qeyd edir ki, layihə 2018-ci ilin sentyabr ayından başlayaraq 6 ay müddətində həyata keçiriləcək. Bankın rəsmi nümayəndəsi Monika Şaller (Monika Schaller) məlumatın şərhindən imtina edib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) aprelin 25-də "Brexit" səbəbindən B.Britaniyaya Avropa büdcəsi və Aİ maliyyə təşkilatları qarşısında öhdəliklərini əks etdirən hesab təqdim edəcəyini bildirib.  
"Report"un analitik qrupu bildirir ki, "Deutsche Bank"dan sonra digər iri banklar Londondan hesablarını Aİ-yə köçürəcək: "Bu isə Britaniya iqtisadiyyatına ciddi zərbə vuracaq. Nəticədə,  funt sterlinqin məzənnəsi ucuzlaşacaq. Yaxın iki il ərzində məzənnənin 1,10 USD/GBP səviyyəsinə düşməsi mümkündür".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08