Beş nəfərlik azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı - RUSİYADA
Ölkə
25 İyul 2017 13:44

Beş nəfərlik azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı - RUSİYADA


İyulun 24-də Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda 5 nəfərdən ibarət azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (ehtiyatsızlıqdan iki və daha çox adamın ölümünə səbəb olma) ilə başlayıb.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub, müayinələr aparıblar.
 
A. Məmmədov bildirib ki, hadisədə ağır yaralanan ailənin digər üzvü Hüseyn İlyasovun vəziyyəti isə orta ağırdır, hadisə baş verən vaxt evdə olmayan ailənin xanımı isə ağır psixoloji durumdadır.
 
Qeyd edək ki, iyulun 24-də gecə Krasnoyarsk diyarının Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə baş verən yanğın zamanı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanaraq həlak olublar. Ailənin digər üzvü, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Yanğın baş verən vaxt ana evdə olmayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08