Sevdiyi qızın anasını öldürən şəxs ifadə verib: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"
Ölkə
25 İyul 2017 13:51

Sevdiyi qızın anasını öldürən şəxs ifadə verib: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"


Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi mülki iddia qaldırıb.
O, 10 min manat maddi və 15 min manat isə mənəvi zərərin ödənilməsini tələb edib.
Məhkəmə mülki iddianı qəbul etməyib.
Daha sonra qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva da eyni tələblə mülki iddia qaldırıb. Hakim həmin mülki iddianı icraata qəbul edildiyini elan edib.
İclasda prokuror ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Hacıəliyev özünü qismən təqsirli bildiyini deyib. S.Hacıəliyev hadisə günü ona zəng gəldiyini qeyd edib: "Qadın mənə söyürdü. Telefonu niyə söndürdüyümü soruşdu. Sonra bizə gəldi, yenə söyməyə başladı. Ona evimizdən çıxıb getməsini bildirdim. Əsəbləşdim. Bir qədər sonra onun ağzına balta ilə vurdum, yıxıldı. O, qalxıb, getdi. Öldüyünü sonra bildim. Gülnaza balta ilə bir zərbə vurdum. Hadisədən sonra qoca anam evdən çıxıb "neynədin" dedi".
O ifadəsində bildirib ki, qətlə yetirdiyi Gülnaz Sultanovanın qızı ilə bir neçə il müddət əvvəl tanış olub: "Onlara gedib-gəlirdim. Sevdiyim qızın anası də məni çox istəyirdi. Sonra rəhmətlik bizim aramızı pozmağa başladı. Bir qədər sonra məni sevdiyini elan etdi. Hər yerdə gedib "Samiri sevirəm" deyirdi. Ona məndən əl çəkməsini istədim. Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi. Aramızda heç bir yaxın münasibət olmayıb. Əməlimdən peşmanam. Həmişə də özü zəng edirdi. Məni də ölümlə hədələyirdi. Deyirdi ki, "ya mənim olacaqsan, ya da səni öldürəcəm". Hadisədən əvvəl Gülnazın qızı, sevdiyim xanım bizdə üç gün qaldı. Bu müddət ərzində Gülnaz bizə gəlib-gedirdi".
Prosesdə qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman S.Hacıəliyevin ona zəng etdiyini bildirib: "Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizim münasibətimizin alınmadığını söylədim".
O, dörd il ərzində S.Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bilmirsən"? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibətim yoxdur. Amma ona inanmadım".
Məhkəmənin növbəti iclası avqustun 29-na təyin edilib.
İttiham aktına əsasən, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyev G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13