"Qarabağ" üçün tarixi gündür
İdman
25 İyul 2017 14:12

"Qarabağ" üçün tarixi gündür


Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da mərhələnin ilk oyununa çıxacaq. Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. 

Qurban Qurbanovun komandası buna qədər ÇL-də 3-cü təsnifat mərhələsini keçə bilməyib. Bu dəfə isə “Qarabağ”ın Azərbaycanda növbəti ilkə imza atmaq üçün yaxşı şansı var.

Qeyd edək ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan), “Şerif” isə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb.

25 iyul

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Ərəb şeyxindən 222 milyon avroluq təklif - Neymar "Barselona"dan gedir? - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13