Azərbaycanda 46 yaşlı qadın oğlu tərəfindən döyüldü
Ölkə
25 İyul 2017 14:24

Azərbaycanda 46 yaşlı qadın oğlu tərəfindən döyüldü


Biləsuvar rayonunda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Belə ki, rayonun "Aerodrom" adlanan ərazisindən yaşayan, 1971-ci il təvəllüdlü Şirin Abbas qızı Şahbazova bədənin müxtəlif nayihələrindən aldığı xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstaxanadan "Report"un yerli bürosuna bildirilib ki, qadının bədəninin bütün nayihələrində xəsarət izləri var: "Şirin Şahbazova ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər təfəindən ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Qadının sağ əli və ayağı bir neçə yerdən sınıb".

Məlum olub ki, hadisəni qadının oğlu, 25 yaşlı Məhəbbət Mehman oğlu Şahbazov törədib. Qohumlarının bildirdiyinə görə, M.Şahbazov nevroloji xəstəlikdən əziyyət çəkir. M.Şahbazov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22