"Music Band" verilişinin növbəti çəkilişi baş tutub
Şou-Biznes
25 İyul 2017 15:24

"Music Band" verilişinin növbəti çəkilişi baş tutub


Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi olan "Music Band" verilişinin növbəti çəkilişi baş tutub.

Musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir. Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhər sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır. Verilişin növbəti qonağı gənc və sevilən ifaçı Xəyyam Nisanov olub. O, müasir estrada mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xarici musiqi nümunələrini ifa edib.

Layihənin aparıcısı Nurlana Cəfərovadır.

Milli.Az









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13