Azərbaycan vikipediyada 53-cü pilləyə yüksəldi
Texnologiya
25 İyul 2017 15:28

Azərbaycan vikipediyada 53-cü pilləyə yüksəldi


Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanadan (MEK) Publika.az-a verilən məlumata görə, 2017 ci ilin iyul ayında Azərbaycan dilində olan vikipediya (Azviki) bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan vikipediyanı keçərək 53-cü pilləyə yüksəlib.

Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə vikipediya ilə bağlı seminarlar, görüşlər və tədbirlər müntəzəm təşkil edilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13