Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
Ölkə
25 İyul 2017 15:48

Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb


Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, 2006-cı ildə Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürüldüyü halda, 2014-cü ildə belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə enib.

Övladlığa götürülən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir.

2012-ci ildə övladlığa götürülən uşaqların 482-si qız, 507-si oğlan, 2013-cü ildə 432-si qız, 529-u oğlan, 2014-cü ildə 408-i qız, 510-u oğlan, 2015-ci ildə 375-i qız, 430-u oğlan, 2016-cı ildə isə 371-i qız, 402-si oğlan olub.

Ümumilikdə övladlığa götürülən uşaqlar arasında 1-5 yaşlılar üstünlük təşkil edir.

Ötən il övladlığa verilən uşaqların 344 nəfəri 1-5 yaşlı uşaqlar olub. Həmin uşaqların 161-i qızdır.

Ümumilikdə ötən il Azərbaycanda övladlığa götürülən uşaqların 167 nəfəri 1 yaşadək (onların 90-ı qızdır), 152 nəfəri 6-10 yaşlı (onların 70-i qızdır), 110 nəfəri isə 11-17 yaşlı (onların 50-si qızdır) uşaqlardır.

Ötən il 63 uşağın övladlığa götürülməsi ilə bağlı qərar ləğv edilib. Onların 22-si qız olub. Bu uşaqların çoxu - 42-si (13 nəfəri qız) 11-17 yaşlı olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08