Aqroparkların yaradılmasına 200 milyon manatdan artıq sərmayə qoyulacaq
İqtisadiyyat
25 İyul 2017 16:53

Aqroparkların yaradılmasına 200 milyon manatdan artıq sərmayə qoyulacaq


Azərbaycanda 38 aqroparkın yaradılması ilə bağlı iş aparılır.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildrilib.

Bildirilib ki, Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir.

Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.

İclasda həmçinin qeyd olunub ki, 12 rayonda 14 cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08