"Şoka düşdüm..." - Oksana
Şou-Biznes
25 İyul 2017 16:54

"Şoka düşdüm..." - Oksana


Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova yeni seriala çəkilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin rəhbəri olduğu "Oksimed" şirkəti tərəfindən lentə alınan ekran işi "Lal yuxu" adlanır.

Oksana əməkdaşımızla söhbətində bildirib ki, ekran işinin ssenarisini 8 il əvvəl yuxuda görüb:

"Bu sirri ilk dəfədi açıram. 2009-cu ildə yuxuda bu ssenarini gördüm. Hər gün bir seriyanı görürdüm. Amma obrazları hind aktyorları oynayırdı. Rəfiqəmlə oturub 6 ay ssenarini yazdıq. Həmin ərəfədə hansı telekanala getdimsə, ya sponsor istədilər, ya da pul... 8 ildən sonra arzum gerçəkləşdi, serialımı çəkirəm. Bu işdə mənə "Xəzər" telekanalının rəhbəri kömək əli uzatdı".

Sənətçi hazırda çəkilişlərə başlanıldığını deyib. oksana iddia edir ki, bu, Azərbaycanda ən bahalı ekran işi olacaq:

"24 seriyanı 2 ay içində çəkib bitirməliyik. Efirdə hər dəfə 1 saat 20 dəqiqə yayımlanacaq. Bu ekran işi Azərbaycanda bir ilk olacaq. Belə ki, hər seriyanı film kimi rəngləyəcəyik. 

Bu yaxınlarda Hindistanda olanda bir hind kanalında "Fatmagülün suçu nə"ni gördüm. Görün türklərdə serial necə inkişaf edib və maraq doğurub ki, hind dilinə tərcümə olunur. İstəyirəm ki, bizim ölkədə də belə olsun. Mən onda şoka düşdüm. Ona görə də çalışacam serialımız çox keyfiyyətli olsun. yeri gəlsə qonorarımı da almayacam. 

Bu serialı Xanlar Ağayev və Nadir Mehtiyev çərisə, inanıram səviyyəli olacaq. Çəkilişlərə başlamılıb. Artıq hamımız Masazıra köçmüşük, serial lentə alırıq".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13