Gülnarə Xəlilovanın "Azərbaycan musiqi qruplarının geyim ənənələri" adlı kitabı işıq üzü görüb - FOTO
Ölkə
25 İyul 2017 17:04

Gülnarə Xəlilovanın "Azərbaycan musiqi qruplarının geyim ənənələri" adlı kitabı işıq üzü görüb - FOTO


Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Azərbaycan musiqi qruplarının geyim ənənələri" adlı kitabı işıq üzü görüb.

Milli.Az bildirir ki, elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Görkəmli xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədəki fəaliyyət istiqamətləri üzərində durulur.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G. Xəlilovanın sayca üçüncü kitabıdır. Daha əvvəl G. Xəlilovanın tanınmış alim, pedaqoq, akademik Vidadi Xəlilova həsr olunmuş "Ata Məhəbbəti, Ata İstəyiylə" adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğatına dair kataloqu çap olunub.

Milli.Az













loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08