Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər - FOTO
Ölkə
25 İyul 2017 17:24

Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər - FOTO


Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının "Tank biatlonu" müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.

Ümumilikdə "Tank biatlonu" müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.
Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13