İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldu
Ölkə
25 İyul 2017 17:34

İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldu


Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.
 
Hüquq-mühafizə orqanları əməkdaşları Mineralnıye Vodı şəhərinin hava limanında Bakıdan tranzit yolu ilə Suriyaya uçmaq istəyən 1997-ci il təvəllüdlü şəxsi təyyarədən endiriblər. Dağıstanda yaşayan bu şəxsin İŞİD-ə qoşulmaq istədiyi bildirilir.
 
Müvafiq əməliyyat-profilaktik tədbirlərdən sonra o, könüllü şəkildə Suriyaya uçmaqdan imtina edib. Həmin şəxs barəsində qərar qəbul edilənədək o, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13