Venesuelaya qarşı sanksiyalar nefti bahalaşdırıb
Dünya
25 İyul 2017 17:44

Venesuelaya qarşı sanksiyalar nefti bahalaşdırıb


"Brent" markalı neftin qiyməti ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etmə ehtimallarının güclənməsi ilə təxminən 2% bahalaşıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Administrasiyasının Venesuelaya tətbiq edəcəyi sanksiyalar arasında neft idxalının qadağan olunması da yer alır.

ABŞ-ın Venesuelaya sanskiyalarının əsasında bu ölkədə siyasi təzyiqin olması amili göstərilir. Həmçinin, ölkə Prezidenti Nikolas Maduronun konstitusiyaya dəyişikliklər edərək ölkə rəhbərinin səlahiyyətlərinin artırılması sanksiyalara əsas olan səbəblər arasında göstərilir.

Qeyd edək ki, Venesuela OPEC təşkilatının üzvüdür. Ölkə, 2014- cü ildə neft qiymətlərinin kəskin düşməsindən sonra iflas etməyə yaxınlaşıb. Analitiklər ABŞ-ın Venesueladan iyun ayında 673 min barel/gün neft idxal etdiyini bildirərək, sanksiyaların Kanada istehsalçılarını dəstəkləyəcəyini qeyd ediblər. "GMP First Energy" investisiya xidmətləri şirkətinin analitiki Martin Kinqin (Martin King) fikrincə, ABŞ öz neft ehtiyacını qarşılamaq üçün Venesuelanın əvəzinə başqa ölkə tapmalıdır: "Əgər sanskiyalar həyata keçərsə, kanadalı istehsalçılar üçün stimul yaranacaq".

"Brent" markalı neft hazırda 49,5 dollar/barelə satılır. Sabah ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatının açıqlanması gözlənilir. Əgər hesabatda neft ehtiyatlarında azalma qeydə alınarsa, qiymətlərin qısamüddətli olaraq 50 dollar/barel həddini üstələyəcəyi gözlənilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13