Azərbaycan XİN Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib
Ölkə
25 İyul 2017 17:46

Azərbaycan XİN Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib


Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Xarici Işlər Nazirliyi (XİN) ötən gün Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib.

"Report" xarici siyasət qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, XİN terror qurbanlarının ailələrinə və bütün qardaş Pakistan xalqına başsağlığı verib.
Xatırladaq ki, iyulun 24-də Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib. Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. Yaralılar arasında asayiş keşikçiləri də var. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08