Rühəngiz küsülü olduğu Səməd Səmədovla bir arada - FOTO
Şou-Biznes
25 İyul 2017 17:54

Rühəngiz küsülü olduğu Səməd Səmədovla bir arada - FOTO


Uzun müddətdir küsülü olan keçmiş duet ortaqları xalq artisti Səməd Səmədov və əməkdar artist Rühəngiz Allahverdiyeva bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənnilər "5/5" verilişinin qonağı olublar.

Aparıcı Zaur Kamalın "Elə gözəl xanımla ayrılarlar? Adam o gözəllə sona qədər oxuyarmış. Onunla duet oxumağa imkan verməyəcəm" sözlərinə S.Səmədov belə cavab verib:

"Çox bəxtəvər müğənniyəm ki, gözümü açıb Sevda Əliqızı, Bəsdi Bəkirova, Rühəngiz Allahverdiyava kimi müğənnilərlə oxumuşam. Allahın işidir, ayrıldıq. Bu yaxınlarda Rühəngiz xanımdan yenidən duet təklifi aldım".

R.Allahverdiyeva keçmiş duet ortağı ilə ayrılma səbəbini açıqlayıb:

"Kiminlə duet oxuyursan-oxu, məndən bir dənədir. O vaxtlar cüzi bir şeyin üstündə ayrıldıq. Mən hər zaman gecikirdim. Səməd isə çox dəqiq adam idi. Ona görə, mənə dedi ki, get".

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl S.Səmədovun onun bütün arxivini yandırdığını demişdi.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13