Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB
Dünya
25 İyul 2017 18:38

Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB


Rihanna dünyanı gözəlləşdirmək uğrunda səylə çalışan incəsənət nümayəndələrindən biridir.

Müğənni artıq bir neçə ildir ki, “Global Partnership of Education” (Qlobal Təhsil Tərəfdaşlığı) xeyriyyə təşkilatının səfiridir. Təşkilatın əsas məqsədi inkişaf etməkdə olan dövlətlərdə uşaqlar üçün keyfiyyətli təhsil sistemini təmin etməkdir.

Bir il öncə Rihanna Tviter sosial şəbəkəsində Fransa prezidenti Fransua Ollanda açıq məktub yazmışdı:

“Siz mənim ismarışıma cavab yazmadınız. Cavabınızı gözləyirəm. Sizə ehtiyacımız var. Təhsil gözləyə bilməz”.

Sabiq prezident isə öz növbəsində nəzakətlə:

”Əziz Rihanna, xəbərdarlığınız üçün təşəkkür edirəm. Mən ən qısa zamanda sizə ətraflı cavabımı göndərəcəm. Təhsil hər zaman birinci yerdədir” - deyə qeyd etmişdi.

Hazırda Rihanna təhsil naminə, G20 liderləri ilə yenidən danışıq aparır.

O, Tviter hesabında Fransanın hazırki prezidenti Emmanuel Makrona açıq ismarış ünvanlayıb:

“Salam, Emmanuel Makron, Fransa Təhsil Fonduna dəstək verəcəkmi?”

Prezident müğənninin mesajını görməzdən gələrək, cavabsız qoyub.

Deyilənə görə məşhur müğənni sabah Parisə gəlib, Makronla danışıqlar aparmağa çalışacaq.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13