ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb
Ölkə
25 İyul 2017 18:41

ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb


Bakı. 25 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlmat verilib.
Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müəyyən edilib, lakin kəsinti faktı aşkar olunmayıb.
Araşdırma zamanı məlum olub ki, Səbail rayon İcra hakimiyyəti başçısının 14.07.2017-ci il tarixli 98 saylı Sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısında yerləşən mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.
Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısı Əli Mehdizadəyə təhvil verilib. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22