Dünya Azərbaycanlıları Assambleyası
Ölkə
25 İyul 2017 19:32

Dünya Azərbaycanlıları Assambleyası


DAA Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə bağlı müzakirələrində iştiraka dəvət olunub.

Metbuat.az bildirir ki, müzakirələr 18 sentyabr 2017–ci il tarixinə qədər davam edəcək. Müzakirə mövzularını Aİ-da işçilər, tələbələr, iş adamları, şirkət təmsilçilərinin , qht nümayəndələrinin gələcəkdə oturum hüququ əldə etmə hüquqlarını əhatə edir, gələcəkdə bu vəya digər kateqoriyalardan olanlara oturumların verilmə prosedurlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Müzakirələr əsasən 3 aydan çox müxtəlif səbəblərdən Avropada qanuni yaşamaq istəyənlərin eləcə də ailə birləşimi (evlilik, ailə səbəbi ilə) üçün müraciət edənlərə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönələcək. 

Qanuni miqrasiya qanununverciliyinin əsas amalı miqrasiya axının effektiv idarə olunması, eyni zamanda Avro İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının bu əarazidə qanuni yaşayanlara ədalətli münasibətin göstərilməsi üçün hazırlanmışdır. 

Qeyd edək ki, əlavə və dəyişikliklər əsasən Avropada işçi ehtiyacının təmin olunması, İttifaq üzvü olmayan vətəndaşların əmək istismarının qarşısının alınmasını da nəzərdə tutur. 

Yaxın günlərdə Assambleyanın insan haqları, lahiyələr və beynəlxalq əməkdaşlıq komitəsi Avropa Miqrasiya və Daxili İşlər katibliyinə öz təkliflərini hazırlayıb göndərəcəkdir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08