Hipnoz nədir?
Ölkə
25 İyul 2017 20:04

Hipnoz nədir?


Psixolojiya elminə görə hipnoz təlqinə əsaslanan süni yuxu və ya yuxu ilə yanlışlıq arası bir prosesdir. İnsanı bu prosesə hipnozçular salır. Hipnozçular qarşısındakı adamı elə bir hala gətirirlər ki, onlar hipnoz altına düşürlər. Bu isə o deməkdir ki, hipnoz edən şəxsin hər dediyini hipnoz altında olan adam həyata keçirir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu hipnoz edən adamın qarşısındakına etdiyi psixoloji təsirin nəticəsində baş verir. Bəzən elə adamlar da olur ki, onlar hipnoza inanmırlar. Amma əngüclü, iradəsi möhkəm adamı belə hipnoz altına salmaq mümükün olur.
İnsanı 2 üsulla hipnoz altına almaq olur:
1. Maqnetik yol - Bu zaman hipnotik yuxu əldə edilir. Bu üsul ən uzunmüddətli və zərərsiz üsul sayılır. Maqnetik üsulla hipnoz zamanı hipnoz altında olan adama təlqin tətbiq olunmur.
2. Müxtəlif texnikaların köməyi ilə.
Hipnoz altında olan adam yalan danışa bilməz, o hipnoz altında olan zaman öz vicdanının əksinə hərəkət edə bilməz.
Hipnozun naşı və təcrübəsiz adamlar tərəfindən həyata keçirmək olmaz. Çünki bu, çox təhlükəli hadisələrin baş verməsinə səıbəb ola bilər.
Hipnozun dərinlik dərəcəsinə görə 3 növü var:
1. Özünətəlqin, inanclıq halı.
Hipnozun bu növünün əsas xüsusiyyəti hipnoz olunan adamın hipnoz edən şəxsə şüursuzca tabe olmasıdır.
2. Katalepsiya, donmuş hal.
Bu zaman hipnoz altında olan adamın gözləri yarıyumulu vəziyyətdə qalır, əzələləri isə uzun müddət sabit halda dayanır, sanki donub. Bu zaman daxili orqanlarda heç bir dəyişiklik baş vermir, orqanların fəaliyyəti buraxıldığı mövqedə dayanır.
3. Somnambülizm, yuxugəzmə halı.
Bu zaman hipnoz edən şəxs hipnoz altında olan adamı şüurlu surətdə istədiyi istiqamətə aparır. Bu hal təbii yuxugəzmə halına bənzəyir. Sadəcə olaraq yuxuda gəzməni, süni surətdə hipnozçular yaradırlar. Bu zaman adam hipnozdan ayıldıqda nə elədiyini xatırlamır.
Hipnoz altında olan adamın bəzən qeyri-adi qabiliyyətlərinin də meydana çıxması mümkündür.
Hipnoz peşəkar həkim, psixoloq və psixiatrlar tərəfindən həyata keçirildikdə heç bir təhlükə gözlənilmir. Belə ki, hipnoz yuxusundan ayılma çətin bir prosesdir. Naşı bir adam tərəfindən hipnoz altına düşüb və ayıla bilməmək psixi narahatçılıqlara səbəb ola bilir.
Hipnozdan pis vərdişlərdən uzaqlaşmaq, fobiyalardan xilas olmaq, yuxu pozğuntuları, cinsi və psixi pozulmalar zamanı istifadə olunur. Müalicə hipnoterapistlər tərəfindən aparılır.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08