Çempionlar Liqasında III tur həyəcanı - YENİLƏNİR
İdman
25 İyul 2017 20:24

Çempionlar Liqasında III tur həyəcanı - YENİLƏNİR


Bu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün ərzində 15 qarşılaşma baş tutacaq.

Bunlardan 10-u Çempionlar yolu çərçivəsində keçiriləcək. Öz ölkəsində qızıl medallar qazanan komandalar pley-offa vəsiqələr üçün mübarizə aparacaq. Növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq klublar həm də potensial rəqiblərini tanıyacaq.

Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"i ilə ilk matçı evdə keçirəcək. Ağdamlıların mərhələ keçəcəyi halda qalibləri ilə üz-üzə gələcəyi cütlərdən bəziləri daha çox maraq doğurur. "Slaviya" ilə BATE, "Partizan"la "Olimpiakos" arasındakı duellər ilk oyun gününə xüsusi rəng qatacaq.

Liqa yolunda çıxış edən klublar daha güclü olduğundan buradakı 5 görüş daha çox izləyicinin diqqətini çəkəcək. Bu gün baş tutacaq "Styaua" - "Viktoriya" matçı həm də onunla maraq doğurur ki, Buxarestdəki qarşılaşmada Əliyar Ağayevin başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası ədaləti qoruyacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi

25 iyul

Çempionlar yolu

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)

21:00. "Slaviya" (Praqa, Çexiya) - BATE (Belarus)
22:00. "Kopenhagen" (Danimarka) - "Vardar" (Macarıstan)
22:45. "Partizan" (Serbiya) - "Olimpiakos" (Yunanıstan)

Liqa yolu

21:00. AEK (Yunanıstan) - MOİK (Moskva, Rusiya)
21:30. "Styaua" (Rumıniya) - "Viktoriya" (Çexiya)

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13