Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində Şirvanda konfrans keçirib
Ölkə
25 İyul 2017 20:46

Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində Şirvanda konfrans keçirib


Bakı. 25 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional Ofisi “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində Şirvan şəhərində “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, UNİCEF-in Azərbaycandakı ofisi, Gənclər üçün Təhsil Mərkəzi (GTM), Avropa İttifaqı və Azərbaycan hökumətinin birgə reallaşdırdığı layihənin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional Ofisinin rəhbəri, UNİCEF-in məsləhətçisi Yusif Poladov iştirakçıları təşkilatın ölkədə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsini gücləndirmək, qanunla konfliktdə olan və ya risk altında olan uşaqlara çıxışı təmin etmək və regional QHT-lərin bacarıqlarının artırılması istiqamətində gördüyü işlər barədə məlumatlandırıb. Layihə çərçivəsində həyata keçirilən tədbirlər və strategiya haqqında iştirakçılara ərtaflı məlumat verib, göstərilən bütün xidmətləri onların diqqətinə çatdırıb. İki il davam edən layihənin icmal hesabatı dinlənilib.
Sonra mərkəzin hüquqşünası Kənan Əbdurəhmanov çıxış edərək, qurumun bugünə qədər göstərdiyi hüquqi xidmətlər barədə geniş məlumat verib. O bildirib ki, Şirvan şəhərində icra olunan layihə çərçivəsində əsas strategiya narkomaniya ilə mübarizəyə həsr olunub.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, HM-nın müdafiəsi üzrə komissiyanın məsul katibi Rafail Nəsirov, Şirvan şəhər baş psixiatrı Kamil Mirzəyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Şirvan şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşı, polis mayoru Rauf Salayev çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar, həyata keçirilən birgə fəaliyyətlər barədə geniş məruzə ilə çıxış ediblər.
Sonda britaniyalı jurnalist Qabrielle Menezesin hazırladığı Azərbaycanda yuvenal ədliyyə islahatlarından bəhs edən “Həbsdən kənar” adlı sənədli filmi nümayiş etdirilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13