Peyğəmbərlərin müdafiəçisi kim idi?
Ölkə
25 İyul 2017 21:14

Peyğəmbərlərin müdafiəçisi kim idi?


Cəmiyyət bir gəmiyə bənzəyir və onun sərnişinləri o həddə azaddırlar ki, qalanların həlak olmasına səbəb olmasınlar. Nə zaman sərnişinlərdən biri bu azadlıqdan yanlış istifadə edərsə və əlinə mıxı götürüb gəmini deşməyə çalışarsa, qalan sərnişinlər onunla mübarizəyə qalxarlar və etdiyi hərəkəti cahillikdən hesab edərlər. Əgər onlar bu insana qarşı süst və etinasız qalsalar, suya qərq olmaqları üçün şərait yaranar. Ona görə də hər bir müsəlmanın vəzifəsidir ki, din qardaşını günahdan çəkindirsin və onu hidayət etsin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quranda oxuyuruq: "Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: "Ey mənim qövmüm, bu elçilərə tabe olun"". ("Yasin" 20).
Bu ayədən sonra peyğəmbərlərin (ə) müşriklərlə necə mübarizə aparmasından və az sayda olan möminlərin onları necə müdafiə etməsindən bəhs olunmuşdur. (Tebyan)
Bu ayədə nəzərdə tutulan həmin şəxs - təfsirçilərin nəzərinə görə, Həbib Nəccardır. Həbib o kəslərdən olmuşdur ki, Allahın nəbiləri (ə) ilə qarşılaşan zaman dəvətlərinin haqq olmasını anlamış və sabitqədəm möminlərdən olmuşdur. O zaman ki, ona xəbər çatır ki, kafirlər peyğəmbərlərə (ə) qarşı üsyan ediblər və onları öldürmək istəyirlər, sakit əyləşmədi. Özünü sürətlə şəhərin həmin yerinə çatdırdı. Bacardığı qədər onları müdafiə etdi.
O, adi bir insan idi və elə bir qüdrəti yox idi. İman nuru onu o qədər aydınlandırmışdı ki, peyğəmbərləri (ə) müdafiə etməyi öz vəzifəsi hesab etdi və davaya qarışdı. O zamanın möminlərinin sayı az olsa da, heç bir zaman nahaq qarşısında sükut etməmişdilər. Əmr-be-mərufu və nəhy-əz-munkəri unutmurdular.
Ona görədir ki, Həzrət Peyğəmbər (s) Həbibi siddiqlərdən hesab etmişdi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08