Kababdan zəhərlənmək mümkündür? - Peşəkarlar məsləhətlərini verirlər - VİDEO
Ölkə
25 İyul 2017 21:14

Kababdan zəhərlənmək mümkündür? - Peşəkarlar məsləhətlərini verirlər - VİDEO


Şəmkirdə 15 nəfərə yaxın uşaq, qadın və kişinin kababdan zəhərlənməsi haqda xəbər vermişdik. Ad günündə yeyib-içəndən sonra zəhərlənən insanlar infeksion xəstəxanalara yerləşdirilmişdilər. Zəhrələnmənin kababdan baş verməsi isə ilk dəfə rast gəlinən hadisə idi. Kabab məclislərimizdə ən çox istifadə olunan yeməklərdəndir. Buna görə kababdan zəhərlənmə xəbəri insanları narahat etməyə bilməz. Araşdırmağa çalışmışıq ki, kababdan zəhərlənmə hansı hallarda ola bilər? Buyurun izləyin.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ad günündə yeyilən kabab zəhərə döndü. 15-ə yaxın insan Şəmkirdə infeksion xəstəxanaya yerləşdirildi.
Kababdan zəhərlənmə halı ilk dəfədir müşahidə olunur. Ən çox istifadə olunan yeməklərdən sayılan kababdan zəhərlənmə peşəkar kababçıları da təəccübləndirib.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yay fəsli olduğundan əti günün altında çox saxlamaq onun tez xarab olmasına, xəstəlik yaradan mikroblarla zənginləşməsinə səbəb olur. Belə ət zəhərlənməyə səbəb ola bilər. Digər səbəb isə ətin yaxşı bişirilməməsidir.
Baş kulinar deyir ki, kabab bişirməyi insanlar adi iş kimi qəbul etsə də, əslində kababçılıq xüsusi hazırlıq tələb edən bir peşədir. Üstəlik, kabab yerində bişirilib verilməlidir. Bişmiş kababı xeyli müddət saxlamaq fəsadlar verə bilər.
40 ildir kababçı işləyən Ədalət İsgəndərovdan da əla kabab bişirməyin qaydalarını soruşduq.
Kababın yanında yeyilən tərəvəz və ya turşunun təzə, təmiz və keyfiyyətli olmasına da fikir vermək lazımdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08