Günahlarının çoxluğu üzündən namaz qılmaqdan qorxan...
Ölkə
25 İyul 2017 21:24

Günahlarının çoxluğu üzündən namaz qılmaqdan qorxan...


Günahlarının çoxluğu üzündən namaz qılmaqdan qorxan və Allahın bağışlamasından naümid olan insanın hərəkəti düzgündürmü?

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz insanın Allah qarşısında borcu və ən vacib ibadətdir. Heç bir bəhanə ilə namazı tərk etmək olmaz. Doğrudur, insan öz günahlarını böyük saymalı, bu günahlara görə cəzalanacağından qorxmalıdır. Lakin bu düşüncə onu ümidsizliyə və məsuliyyətsizliyə aparmamalıdır. Mömin həmişə qorxu ilə ümid arasında olmalıdır. Yəni həm Allahın cəzasından qorxmalı, həm də Allahın mərhəmətinə ümid etməlidir. Qorxu onu günahlardan çəkindirməli, ümid onu savablara həvəsləndirməlidir. Allahın mərhəmətindən ümidsiz olmaq böyük günahdır. Çünki bu üçidsizlik insanı həyatdan küsdürür, onun ibadətlərinə və savab əməllərinə mane olur. Nəticədə insan daha çox günaha qərq olur. Bu cür düşüncə şeytanın vəsvəsəsidir və ondan uzaq olmaq lazımdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08