Məkkənin imam-cüməsinin hidayəti
Ölkə
25 İyul 2017 21:54

Məkkənin imam-cüməsinin hidayəti


Keçmiş zamanlarda Məkkənin imam-cüməsi böyük alim idi ki, zahidlik və təqva baxımından ali məqama çatmışdı. O zaman ki, namaza iqamə üçün gedirdi, heç kəslə söhbət etməzdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün Bəhrul-ulum məscidə gedir və ona iqtida edir. Namazdan sonra alimlə bir yerdə onun evinə gedir. O zaman ki, evə daxil olur, bir kitabxana görür ki, dəyərli kitablarla doludur. Bəhrul-ulum soruşur: "Sizin kitabxanada hansı kitablar vardır?".
O, cavabında deyir: "Hər nəyə ki, insan meyil edər və göz onu görmək şövqündə olar və ləzzət aparar - burada mövcuddur".
Bəhrul-ulum soruşur: "Əbu Hənifənin "Rical" kitabı vardır, o sizdə mövcuddur?".
Deyir: "Yoxdur, ancaq onu görmüşəm".
Bəhrul-ulum deyir: "Həmin kitabda Əbu Hənifə İmam Sadiqi (ə) vəsf edir. Mən onun yanında dərs oxumuşam və hər gün ondan 70 məsələ öyrənmişəm".
İmam-cümə qulaq asır və sükut edir. Bəhrul-ulum yerindən qalxır ki, evinə getsin, o da seyidlə birlikdə qalxır və onun evinə gedir.
Seyyid imam-cüməni evinə dəvət edir ki, istirahət etsin, deyir: "Gəlməkdə məqsədim sizin evinizi tanımaq idi". (Həvzəh)
Bir ildən sonra imam-cümə Bəhrul-ulumun dalınca bir adam göndərir və seyid gələn zaman imam-cüməni can verən halda görür. Yatağının kənarında əyləşir.
İmam-cümə otağı insanlardan boşaldır və deyir: "O gündən ki, İmam Sadiqi (ə) vəsf etmisən, mənim ona etiqadım yarandı. Ancaq indiyə qədər heç kəs ondan xəbərdar olmamışdır. Məni onun məzhəbi ilə qüsl edərsən, kəfənləyib namaz qılarsan".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08