Osteoartrit xəstəliyi nədir
Ölkə
25 İyul 2017 22:14

Osteoartrit xəstəliyi nədir


Osteoartrit, yəni xalq arasında məşhur olaraq bilinən duzlaşma artritin ən məşhur formasıdır və dünya daxilində milyonlarla insana təsir edir. Sümük uclarındakı qoruyucu qığırdağı zamanla aşınmasıyla ortaya çıxır. Osteoartrit bədəndəki hər hansı bir oynağa zərər verə bilən, ən çox əllərdə, dizlərdə, ayaqlarda və onurğada olan oynaqlara təsir göstərir.

Osteoartritin səbəbləri nələrdir?
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, oynaqdakı dəyişikliklər: oynaqların kənarlarında böyüyən çıxıntı sümüklər ola bilər. Bu proses qığırdaq və oynaq boşluğunu daralda və oynaq iltihabı, toxumaların qızarmasına və şişməsinə səbəb ola bilər. Sümüklər qalınlaşdıqca və genişləndikcə, oynaqlar sərt, ağrı verici və hərəkət etməsi çətin bir hala düşür.
 
Həddindən artıq çəki: həddindən artıq kök olmaq oynaqlara əlavə bir təzyiq verir. Uzun illər bu əlavə çəkini daşıyan, oynaqları yumşaltma vəzifəsi görən qığırdağın daha tez parçalanmasına səbəb ola bilər. Araşdırmalar, kök olmaqla əllərdə osteoartrit riskində artması arasında bir əlaqə olduğunu müəyyən ediblər.
 
Osteoartritin əlamətləri
 
Ağrı: hərəkət əsnasında və ya sonrasında oynaq ağrısı ola bilər.
Həssaslıq: oynaqda yüngül təzyiq nəticəsində belə bir həssaslıq hiss edə bilərsiniz.
Sərtlik: səhər oyandığınızda və ya bir müddət hərəkətsiz qaldıqdan sonra, oynaq sərtliyi daha çox hiss edilə bilər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13