Gülnarə Xəlilovanın kitabı işıq üzü gördü – FOTO
Qadın dünyası
25 İyul 2017 23:03

Gülnarə Xəlilovanın kitabı işıq üzü gördü – FOTO


Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G.Xəlilovanın sayca üçüncü kitabıdır. Daha əvvəl onun tanınmış alim, pedaqoq, akademik Vidadi Xəlilova həsr olunmuş “Ata məhəbbəti, ata istəyiylə” adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğatına dair kataloqu çap olunub.












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08