Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb
İdman
26 İyul 2017 0:06

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb


Buxarest. 25 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti matçını idarə edib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 29 yaşlı baş hakim III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçirilən görüşün baş hakimi olub.
Gərgin və maraqlı oyun şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaq komanda hesabda iki dəfə irəli çıxsa da, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıblar. Ə.Ağayev oyun ərzində 8 dəfə əlini cibinə salmalı olub. O, 3 dəfə rumıniyalıları, 5 dəfə isə çexiyalıları sarı vərəqə ilə cəzalandırıb.
Matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08