Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....
Ölkə
26 İyul 2017 4:18

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....


Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Qasımova Məlahət Zülfüqar qızı Azadlıq prospektinin 8-ci mikrorayon ərazisinə düşən hissəsində yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Onun hər iki ayağında açıq sınıq xəsarəti qeydə alınıb. Sürücü ərazidən uzaqlaşmaq istəyərkən, polislər tərəfindən saxlanılıb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (report)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13