Ermənistanın məqsədi - Müharibə, yoxsa...?
Ölkə
26 İyul 2017 8:04

Ermənistanın məqsədi - Müharibə, yoxsa...?


"Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda azərbaycanlı nənə və onun körpə nəvəsini qətlə yetirməsi, Azərbaycan ərazilərini artıq işğal altındakı bölgələrdən deyil, birbaşa Ermənistandan intensiv atəşə tutması, dünən isə pilotsuz uçaq aparatdan istifadə edərək yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunu bölmələrimizin mövqelərinə ataraq hərbi qulluqçumuzu yaralaması heç də hərbi məsələ deyil. Bütün bunlar vahid planın - Ermənistanın yeni siyasi oyununun tərkib hissəsidir". 

Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov bildirib.

Ermənilər müharibədən qorxur - Onda niyə bunu qəsdən edirlər?

Polkovnikin fikrincə, ermənilər onlar bu təxribatları etməklə heç də müharibəyə nail olmaq istəmirlər. Əksinə, onlar hazırda müharibənin başlanmasında maraqlı deyillər. Ermənistanın məqsədi tam başqadır: "Çünki onlar Azərbaycan Ordusunun imkanlarına da, döyüş qabiliyyətinə də bələddirlər. Hamı bilir ki, yaxın aylarda tərəflər arasında yenə də yüksək səviyyədə danışıqlar olacağı gözlənilir. İndi ordan-burdan sancmaqda, arabir aranı qarışdırmaqda məqsəd təxribat törətmək, danışıqların vaxtını uzatmaq, onlardan yayınmaqdır. Ona görə də bu hadisələrə hərbi cəhətdən yanaşmaq düzgün deyil. Çünki burada hərbilik bir şey yoxdur. Bu, sadəcə Ermənistanın ucuz siyasi oyunlarıdır.

Ermənilərin Azərbaycan ərazilərini artıq işğal etdikləri ərazilərdən deyil, birbaşa Ermənistandan atəşə tutmasında məqsəd isə bu təxribatlar yolu ilə Azərbaycanı Ermənistana cavab zərbələri endirməyə məcbur etmək, daha sonra isə yalandan hay-küy salıb Rusiyadan və Kollektiv Təhülükəsizlik Şurası Təşkilatından (KTMT) yardım istəməkdir".

Lakin veteran hərbçi hesab edir ki, ermənilərin bu oyunları heç bir səmərə verməyəcək: "Onlar özləri də başa düşəcəklər ki, bu yolla nə müharibə apara, nə siyasi qazanc əldə edə, nə də mövqelərini gücləndirə bilərlər. Artıq 20-25 il əvvəlki vaxt deyil. Dövlətlərin çoxlarının gözü açılıb, bu regionda nələrin baş verdiyini yaxşı anlayır və düzgün qiymətləndirmə verirlər".

M.Cahangirovun sözlərinə görə, prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Ermənistana təzyiqlərin artmasını qeyd etməsi, iki gün öncə isə Rusiya prezidenti Vladimir Putinlər görüşməsi Dağlıq Qarabağ probleminin həllində öz təsirini göstərəcək: "Mən bundan müsbət nəticə gözləyirəm. Hamıya bəllidir ki, bu məsələnin arxasında əslində kim dayanır və onun həlli açarı hardadır. Ona görə də Rusiyanın mövqeyindən çox şey asılıdır və bu mənada prezident Putindən çox şey gözləmək olar".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13