Bakıda qadını maşın vuraraq ağır yaralayıb
Ölkə
26 İyul 2017 8:44

Bakıda qadını maşın vuraraq ağır yaralayıb


Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Qasımova Məlahət Zülfüqar qızı Azadlıq prospektinin 8-ci mikrarayon ərazisində düşən hissəsində yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Onun hər iki ayağında açıq sınıq xəsarəti qeydə alınıb. Sürücü ərazidən uzaqlaşmaq istəyərkən, polislər tərəfindən saxlanılıb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13