İki avtomobil toqquşub, ölən və yaralananlar var
Ölkə
26 İyul 2017 8:44

İki avtomobil toqquşub, ölən və yaralananlar var


Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb. Qəza zamanı "Opel"in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08