Tanınmış iş adamı bəraət aldı - İLLƏR SONRA
Digər
26 İyul 2017 9:32

Tanınmış iş adamı bəraət aldı - İLLƏR SONRA


“Altun” istirahət mərkəzinin sahibi və “Badi-Kübə” mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şiakyət üzrə məhkəmə prosesi başa çatıb.  
 
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən A.Əsədullazadə barəsində aşağı instansiya məhkəməsinin verdiyi hökm ləğv edilib. Ona bəraət verilib.  
 
Qeyd edək ki, A.Əsədullazadə “Badi-Kübə” MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib. O, alıcılarla müqavilə də bağlayıb. Lakin binanı tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. A.Əsədullazadə 29 vətəndaşa 31 ev satmaqla, onların 860 min 90 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. 
 
Lakin prokuroluq potest verib və Bakı Apellyasiya Məhkəməsində A. Əsədullazadə həbs edilib.
 
İş bir neçə dəfə Ali Məhkəməyə gedib, geri qayıdıb. Sonda Apellyasiya Məhkəməsi A. Əsədullazadə 1 il 6 ay cəza verib. O, həmin müddəti həbsdə yatdığı üçün azadlığa çıxıb. 
 
Prokurorluq bununla bağlı Ali Məhkəməyə yenidən kassasiya şikayəti verib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08