Bakının mərkəzi prospektində qəza: tıxac yarandı
Ölkə
26 İyul 2017 9:44

Bakının mərkəzi prospektində qəza: tıxac yarandı


Bü gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
 
Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu" stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.
 
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13