Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı
Dünya
26 İyul 2017 10:38

Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı


İsrail, Misir və Birləşmiş Ərəb Əmirliklərinin muzdlu qatili Məhəmməd Dəhlan Misir ərazisində 8 min nəfərlik terrorçu düşərgəsi qurub.

Publika.az xəbər verir ki, Sinay yarımadasında qurulan düşərgədə terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla, Yaxın Şərqdə qarışıqlıq yaratmaq üçün üçün təlimləndirilir.

Terror təşkilatının ilk hədəfi Qəzza şəhərini işğal etməkdir. M.Dəhlanın məqsədi Qəzzaya İŞİD komandalarını yerləşdirmək, İsrailin nəzarətində olan bölgələri raket atəşinə tutmaq və bir sıra terror aktı həyata keçirməkdir Misirdə bir çox üst səviyyəli şəxslərin sui-qəsdlə öldürülməsi də eyni planın bir parçasıdır. Böyük təxribatlara səbəb olacaq kamikadze partlayışları ilə birlikdə Misir ordusunun Qəzzanı işğal etməsi təəssüratı da Dəhlanın xain planlarından biridir.

Hazırda ələ keçirilən sənədlərdə təşkilatın hədəf ölkələrə terrorçu göndərməsi faktı aşkarlanıb.

BƏƏ-nin şahzadəsi Məhəmməd İbn Ziyad tərəfindən 700 milyon dollar xərclənərək qurulan düşərgədən Türkiyə, Filippin, Qətər və Liviyaya 900-ə yaxın terrorçu göndərilib.

Terrorçu düşərgəsinin gələcək planları haqqında ən son məlumat kəşfiyyatçı bir jurnalistin həbs edilməsi ilə əldə edilib. Son 6 ayda Qərbi Şəriədən Qəzzaya 6 dəfə gəlib-gedən Merve əl Misiri Xüms kəşfiyyat qrupu tərəfindən nəzarətə götürülüb. O, yanında daşıdığı 650 min dollarla birlikdə həbs edilib. Jurnalist kimi işləyən Merve ifadəsində Məhəmməd Dəhlanın Qəzzada terror hədəfləyən plan qurduğunu etiraf edib.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08