Ölümdən başqa hər şeyə çarədir
Sağlamlıq
26 İyul 2017 11:12

Ölümdən başqa hər şeyə çarədir


Şirniyyatların, xüsusən qoğalların üzərini bəzəyən çörəkotunun sağlamlığa faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, ölümdən başqa hər dərdə çarə olaraq bilinən çörəkotu ürək xəstəlikləri və depressiya kimi bir çox xəstəliyə şəfadır. Həmçinin, keçmiş zamanlarda Kleopatranın gəncləşmək və gözəlləşmək üçün çörəkotu istifadə etdiyi deyilir.

Dövrümüzdə babasil, ishal, soyuqdəymə kimi xəstəliklərin müalicəsində dərman olaraq bilinir. Aparılan son araşdırmalar mütəmadi olaraq balla qarışdırılıb istifadə olunan çörəkotunun AİDS xəstəliyinin müalicəsində müsbət nəticələr əldə etdiyini göstərir.

Çörəkotu kişilərdə cinsi gücü artırır.

Almaniyada aparılan araşdırmada çörəkotunun allergik xəstəliklərin müalicəsində faydalı olduğu göstərilib.

Gündə bir ovuc çörəkotu yuxusuzluq problemini həll edir. Stresli vaxtlarda istifadə etməklə özünüzü rahat və sakit hiss edəcəksiniz.

Çörəkotunun faydalarından biri də ürəyin sağlamlığını qoruduğudur. Çörəkotunun tərkibindəki “Timokinon” ürək xəstəliklərinə yol açan “Homosistein” səviyyəsini aşağı salır.

Aparılan son araşdırmalarda çörəkotunun qaraciyəri kansorogen təsirlərdən qoruduğu və qaraciyər xərçənginin dərəcəsini azaltdığı ortaya çıxıb.

Aysel Yaqubqızı / Metbuat.az

Ağcaqanad dişləyən yerə bunu sürtün - İlk tibbi yardım - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13