“Euronews” Şəki halvası haqda süjet hazırladı
Maraqlı
26 İyul 2017 11:32

“Euronews” Şəki halvası haqda süjet hazırladı


“Euronews” telekanalının “Postcards” proqramı Şəki halvası barədə süjet yayımlayıb.

Metbuat.az bildirir ki, süjetdə Şəki halvasının hazırlanmasından, özünəməxsus dadından söhbət açılır. Verilişin aparıcısı Avrora Velezin sözlərinə görə, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz.

Aparıcı həmçinin bildirib ki, Şəkidə halvanın resepti açıqlanmır. Bu resepti yalnız 200 ildir nəsillikcə halva hazırlayanlar bilir və el arasında onlara “halvaçı” deyilir. 

Süjetdə halvaçı Toğrul Vəliəhmədli bu şirniyyatın bəzi sirlərini bölüşüb. Avrora Velezin fikrincə, halvanın hazırlanma sirrini öyrənmək və onu hazırlamaq üçün cəhd göstərmək əbəsdir. Sadəcə Şəkiyə gəlib halvanın dadına baxmaq lazımdır.

Rəfiqəsi ilə birlikdə belə dincəldi - FOTOLAR- Oxumaq üçün tıkla 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08