3 yaşlı qızı avtomobil vuraraq öldürdü - Ağdaşda
Ölkə
26 İyul 2017 11:34

3 yaşlı qızı avtomobil vuraraq öldürdü - Ağdaşda


Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.
 
Ağdaşın Şəmsabad kənd sakini Hacıyev Muxlis Oqtay oğlu 10-KV-122 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan azyaşlını, 2014-cü il təvəllüdlü Mirzəliyeva Şəlalə Rasim qızını vurub.
 
Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13