İxtisas seçərkən nələrə diqqət etməli?
Ölkə
26 İyul 2017 11:38

İxtisas seçərkən nələrə diqqət etməli?


Ali məktəblərə qəbul imtahanı başa çatıb və iyulun 29-dan ixtisas seçimi başlayır. Abituriyentləri ən çox narahat edən məsələ isə topladığı bala uyğun ixtisas seçimidir.

Publika.az xəbər verir ki, digər ixtisas qruplarında olduğu kimi Dövlət İmtahan Mərkəzi IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabça iyulun 27-də (iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün) keçiriləcək yeni qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13