Azərbaycanda yollar hansı normalara əsasən salınır? - FOTO
Ölkə
26 İyul 2017 11:44

Azərbaycanda yollar hansı normalara əsasən salınır? - FOTO


"Azəravtoyol" ASC tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır.

Milli.Az bildirir ki, avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.

Təcrübə-Sınaq Mərkəzinin Səyyar labaratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar labaratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümünələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi aktlaşdırılaraq "Azəravtoyol" ASC-ə təqdim edilir.

Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud  normalardan kənara  çıxma halları) olarsa, SMPDK-nın Təcrübə-Sınaq Mərkəzi "Azəravtoyol" ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08