Qəhrəman tankçılar terrorçunu əzdilər - VİDEO - FOTO
Maraqlı
26 İyul 2017 11:54

Qəhrəman tankçılar terrorçunu əzdilər - VİDEO - FOTO


Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında "canlı bomba"nın idarə etdiyi "şəhid-mobil"in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda "şəhid mobil" hərbçilərə sürətlə yaxınlaşırdı.

Tankın qarşısında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlir və "şəhid-mobil"i əzir.

Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayırlar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdır.

Bu zaman "şəhid-mobil" partlayır.

Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır.

Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb.

"Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib", - nazirliyin açıqlamasında deyilir.

"Şəhid-mobil"də 100 kq partladıcı maddə vardı. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəhrəman tankçılar terrorçunu əzdilər




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08