Ermənistanda qubernatorun itkin düşmüş müşaviri öldürülüb
Dünya
26 İyul 2017 12:04

Ermənistanda qubernatorun itkin düşmüş müşaviri öldürülüb


Ermənistanın Armavir vilayəti qubernatorun itkin düşmüş müşavirinin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən iyulun 26-na keçən gecə Dalarik kəndində meyit tapılıb.
 
Meyiti tapılmış şəxsin Armavir vilayəti qubernatorunun iyulun 23-də itkin düşmüş müşaviri, 52 yaşlı Manuk Simonyan olduğu bildirilir.
 
Məftillə sarınmış və üzü üstə uzadılmış meyitin başında böyük daş olub.
 
Məhkəmə ekspertizasının qənaətinə görə, meyitin qismən çürüməsi məmurun bir neçə gün əvvəl öldürüldüyünü güman etməyə əsas verir. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08