Ermənistandan daha bir qorxu dolu bəyanat: Azərbaycanın silahları arasında...
Digər
26 İyul 2017 12:38

Ermənistandan daha bir qorxu dolu bəyanat: Azərbaycanın silahları arasında...


Rusiya və Azərbaycan prezidentlərinin son görüşü barəsində Ermənistandakı çaxnaşma davam edir. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı növbəti açıqlama qondarama “DQR”-in Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyandan gəlib:

“Putinin Azrbaycanla bağlı düşüncələrini bilmirik. Ancaq Moskva və Bakı arasında müəyyən fikir və ya ziddiyyətlər ola bilər. İstənilən halda bu cür görüşlər Ermənistan cəmiyyətində yaxşı qarşılanmır. Ermənistan və Rusiya prezidentlərinin görüşü baş tutsa, təsirli ola bilər. Dağlıq Qarabağ müzakirələrinə bizim tərəf kimi daxil edilməməyimiz hələ də bizi narahat edir. Çünki Ermənistan böyük təzyiqlərə məruz qala bilər”.

Erməni siyasətçi Rusiyanın Azərbaycana silah satmasını özləri üçün ağrılı fakt hesab edib:

"Neftlə zəngin olan Azərbaycan müxtəlif ölkələrdən silah ala və istifadə edə bilər. Bundan əlavə, onlar müasir silahlarla silahlanmaqda davam edirlər. Ancaq bizim üçün ağrılı olan fakt Rusiyanın Azərbaycana silah satmaqda davam etməsidir. Prezident Serj Sarkisyan da bunu vurğuladı. Ancaq aydın başa düşürəm ki, prezident bütün sirləri aça bilməz. Biz də silahlarımızın çoxunu Rusiyadan alırıq. Beləliklə problemi Rusiya üçün kəskin bir məsələ kimi qaldırmamalıyıq. Biz Rusiyadan "İskəndər" raket sistemi almışıq. Ancaq Azərbaycan İsraildən də silah alıb və bu silahların arasında nələr olduğunu bilmirik”.

Amin Nəzərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08