"Tatneft"in rəhbərliyi Bakı Ali Neft Məktəbində - FOTO
Ölkə
26 İyul 2017 13:04

"Tatneft"in rəhbərliyi Bakı Ali Neft Məktəbində - FOTO


Bakı Ali Neft Məktəbinə (BANM) Tatarıstan Respublikasının "Tatneft" Publik Səhmdar Cəmiyyətinin (PSC), Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) və "PricewaterhouseCoopers" (PwC) şirkətinin nümayəndə heyəti səfər edib. Görüş Tatarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.

Milli.Az xəbər verir ki, görüşdə məqsəd BANM-in təhsil proqramlarının tətbiqi, Heriot-Vatt Universiteti ilə əməkdaşlığın inkişafı, digər təhsil mərkəzləri ilə və sənaye qurumları ilə əməkdaşlıq, tədrisin kadr potensialının təminatı, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin olunması, elmi-tədqiqat işlərinin inkişafı, Ali Məktəbin kampusunda infrastrukturunun inkişaf sahəsi ilə tanış olmaqdır.

Səfər çərçivəsində "Tatneft" PSC-nin Kadr və sosial inkişafı üzrə baş direktorunun müavini Rüstəm Muhamadeyev, İşlənmə və neft-qazın hasılatı üzrə direktor müavini Rüstəm Xalimov, Kadr şöbəsinin rəisi Rifdar Hamadyarov, Strateji planlaşdırma idarəsinin rəis müavini Rinat Şayahmedov, "Tatneft" PSC-nin Korporativ universitetinin rəhbəri Andrey Glazkov, Personal iş şöbəsinin rəhbəri Oksana Fedina, Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev, PwC şirkətinin rəisi Vladimir Bulat (Moskva), sözügedən şirkətinin meneceri Vasiliy Sadovskiy, PwC şirkətinin Azərbaycan üzrə konsultantı Emin Şıxqayıbov, BANM-in rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçiriblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. O, Ali Məktəbin 5 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında və ilk məzunlarının uğurlarından bəhs edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.

Sonra BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin fəaliyyəti haqqında qonaqlara ətraflı təqdimat keçirib.

"Tatneft" PSC-nin Kadr və sosial inkişafı üzrə departamentin baş direktorun müavini Rüstəm Muhamadeyev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından məmnun olduğunu bildirdi. O, Tatarıstan-Azərbaycan dostluq əlaqələrinindən danışaraq bu əməkdaşlığa təhsil sahəsində də sirayət edəcəyinə əminliyinə ifa edib.

"Bakı Ali Neft Məktəbinin yeni, dinamik ali təhsil müəssisəsinin yaranması təcrübəsi, qısa müddətdə Azərbaycanın ən nüfuzlu ali təhsil ocağına çevrilə bilməsi bizdə böyük maraq oyadıb. Biz Ali Məktəbinizin təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik", - R.Muhamadeyev dedi.

Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. O, təmsil etdiyi İnstitutun fəaliyyəti və hədəfləri barədə tətbiq iştirakçılarını məlumatlandırıb.

"Almetyevsk Dövlət Neft İnstitutu Tatarıstan Respublikasında neft sənayesi üzrə kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir. Hazırda bizim komandamız Tatneft PSC və PwC şirkətləri ilə birlikdə institutun inkişaf strategiyasının üzərində çalışır. Bizim qarşımıza ADNİ-nun bazasında Rusiyadakı aparıcı neft institutlarını yaratmaq kimi ambisiyalı bir məqsəd qoyulub", - R.Nurqaliyev dedi.

Sonda BANM-lə "Tatneft" və Almetyevsk Dövlət Neft İnstitutunun əməkdaşlığın perspektivləri müzakirə edilib. Tatarıstanlı qonaqlar BANM-in Bibiheybətdə yenicə istifadəyə verilmiş kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olub, oradakı şəraitdən məmnun olduqlarını bildirib.

Milli.Az



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08