Tütünə sidik hopdurulur - Odur ki, məscidə siqaretlə getmək olmaz...
Maraqlı
26 İyul 2017 13:34

Tütünə sidik hopdurulur - Odur ki, məscidə siqaretlə getmək olmaz...


Tərkibində 4 mindən çox toksik maddə olan siqaretə sidik hopdurulması da kommersiya sirri hesab edilir...

Bu günədək siqaretin insan orqanizminə hədsiz zərərləri barədə kifayət qədər danışılsa da, bəşər əhli bu öldürücü vasitədən əl çəkə bilmir. 

Milli.Az xəbər verir ki, moderator.az xarici İslam saytlarına istinadla hər gün milyardlarla insanın özünü zəhərlədiyi siqaret barədə daha bir iyrənc fakt əldə edib.

Bir namaz əhlinin "Siqaretlə məscidə girmək olarmı?" sualına cavab olaraq Rusiyanın tanınmış ilahiyyatçı alimi Nurmuhammad İzudinov öncə bir sıra İslam alimlərinin siqaretin də alkoqol və narkotik kimi insan beynini dumanlandırdığından haram hesab etdiklərin bildirib. 

Daha sonra isə o, XX əsrin 50-ci illərindən bəri bir çox firma rəhbərlərinin kommersiya maraqları naminə, yəni insanların siqaretə aludəçiliyini və son nəticədə onun satışını maksimum gücləndirmək məqsədi ilə tütünə inək sidiyinin hopdurulduğunu xatırladıb. Və alim vurğulayır ki, bu faktın doğru olduğu halda siqaret nəcis hesab edildiyindən müsəlmanın ondan istifadə etməsi və bu murdar, zərərli əşyanı cibinə qoyub məscidə girməsi də haramdır.  

Araşdırmalarımızdan bəlli oldu ki, bir sıra digər mənbələr də siqaretə sidik hopdurulması faktını təsdiqləyir. Məsələn, Ukrayna Strateji Tədqiqatlar İnstitutunun tütünə nəzarət şöbəsinin rəhbəri Konstantin Krasovski  mediaya açıqlamasında deyir ki, sidik tütün tüstüsündəki turşuluğu artırdığından digər kimyəvi maddələr  beyinə daha çox təsir edir. Bu minvalla tütünə sidiyin hopdurulması nəticəsində insanların siqaretə aludəçiliyi 10 dəfə güclənir. 

Məlum olduğu kimi, siqaretin tərkibində 4 mindən çox zərərli və zəhərli maddə var. Odur ki, istehsalçı firmalar siqaretlərin hazırlanması reseptini, o cümlədən tütünə sidik hopdurulması faktını da kommersiya sirri kimi gizlədir...

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22