Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyüldü
Ölkə
26 İyul 2017 13:44

Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyüldü


Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmidxan kəndində baş verib. 
Kənd sakini Ağayeva Könül Təyyar qızı yaşadıqları evdən bir qədər aralıda qonşusu tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alıb. Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılan K.Ağayevanın burun sümüyünün sınığı diaqnozu qoyularaq ambulator müayinəyə buraxılıb.
Zərərçəkənin baçısı Sevil Əliyeva DİN-nin 102 xidmətinə və polis növbətçi hissəsinə məlumat verdiyini, lakin hələlik bacısını əlindəki küt alətlə vuraraq ona xəsarət yetirənin məsuliyyətə cəlb edilmədiyini, əksinə onların evinə gələrək təhqir etdiyini söyləyir. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, K.Ağayeva ailəli olub, bir övladı var.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22