Akkardi "Qarabağ"ın təklifindən danışdı: "Rəhbərlik fikrini dəyişməsə..."
İdman
26 İyul 2017 13:54

Akkardi "Qarabağ"ın təklifindən danışdı: "Rəhbərlik fikrini dəyişməsə..."


"Qarabağ"ın transfer gündəmində olan "Palermo"nun hücumçusu Karlos Embalonun Azərbaycana gəlişi baş tutmaya bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc hücumçunun meneceri Cüzeppe Akkardi müştərisinin İtaliyada qalmaq arzusunda olduğunu bildirib.

Akkardi Qvineya-Bisaudan olan 23 yaşlı oyunçunun "Qarabağ" və "Peskara"dan təklif aldığını təsdiqləsə də, bunu alternativ variant kimi görürlər. Çünki həm menecer, həm də futbolçu "Palermo"da qalmağın tərəfdarıdı.
 
Ancaq Akkardi son qərarı "Palermo" rəhbərliyinin verəcəyini vurğulayıb: "Palermo"nun Embalonu satması mümkündür. Çünki mətbuatda adları sadalanan komandalardan təkliflər var. Biz sona qədər gözləyib, hadisələrin gedişinə görə qərar verəcəyik. O, ötən il "Palermo"ya qayıtmaq üçün Çempionlar Liqasında oynamaqdan imtina etmişdi. Əgər "Palermo" rəhbərliyi fikrini dəyişməsə, Embalonun hazırkı istəyi burda qalmaqdı. Rəhbərliyin planını öyrənmək üçün klubun idman direktoru Fabio Lupo ilə yaxın günlərdə görüşəcəm. Bu barədə son qərarı idman direktoru, baş məşqçi və prezident birgə verəcəklər".
 
Menecer Embalo ilə bağlı qərarın gecikməsinin komandanın B seriyasına yuvarlanması ilə əlaqəli olmadığını düşünür: "Fikrimcə, rəhbərliyin belə qərarsız qalmasının səbəbi komandanın A seriyasından düşməsi deyil. Biz ümid edirik ki, klub tezliklə aid olduğu yerə dönəcək. Embalonun özü ilə də söhbətim olub. Futbolçu burda çox xoşbəxtdir və daha yaxşı formaya düşmək üçün öz üzərində dayanmadan çalışır. O, baş məşqçi Bruno Tedinonun rəhbərliyi altında oynamağa hazırdı. Ancaq təkcə Embalo yox, klub da bunu istəməlidir".
 
Qeyd edək ki, Karlos Embalonun "Palermo" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08