Azərbaycanda ilk lazer proyektoru
Texnologiya
26 İyul 2017 14:14

Azərbaycanda ilk lazer proyektoru


Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb.

Milli.Az bildirir ki, bu haqda kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov xəbər verib.

Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa imkan yaradır, eyni zamanda çox parlaq və çox tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir. 

Onu da qeyd etmək lazımdır ki, lazerli proyektorla film izləryən zaman görüntünün işıldaması halı baş vermir. İşığın ekranda bərabar şəkildə paylanılması nəticəsində, insan gözü əks olunmuş görüntünü bütün bir vəhdət olaraq qavrayır.

 "Azərbaycanda ilk yeni nəsil lazer proyektorunun Park Cinema-da quraşdırıldığına görə çox şadıq - bu, kinomanlar üçün əsl hədiyyədir. Sözügedən proyektorun əsas üstünkləri arasında görüntü dəqiqliyi, yüksək səviyyədə kontrastlıq və rənglərin yüksək keyfiyyətdə ötürülməsi kimi xüsusiyyətləri qeyd etmək lazımdır. Əminik ki, izləyicilər bu cür görüntünün bəxş etdiyi fərqi elə ilk dəfədən hiss edəcəklər", - deyə Musa Axundov bildirmişdir. 

Qeyd edək ki, Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13